image-1backend

ABŞ-da 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib -FOTO

image-ads-728x90

ABŞ-da fəaliyyət göstərən əsas diaspor təşkilatlarından olan Azərbaycan Nyu York Assosiasiyası tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Virciniyada ANA-nın dayaq mərkəzi yaradılıb və tədbir də məhz burada baş tutub. Hər il ənənəvi şəkildə təşkil olunan mərasimdə ABŞ-da yaşayan azərbaycanlı icmasının nümayəndələri, gənclər və diaspor fəalları iştirak ediblər.

O bildirib ki, Azərbaycan Nyu- York Assosiasiyası uzun illərdir ölkəmizin milli dəyərlərinin, dövlətçilik ənənələrinin və Azərbaycan həqiqətlərinin təbliği istiqamətində ardıcıl fəaliyyət göstərir:

“Bir dəfə yüksələn bayraq bir daha enməz deyiblər ulularımız. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qəlbi bu bayraqla döyünür. Diaspor fəaliyyəti sadəcə bir təşkilatlanma deyil, milli kimliyimizin qorunması, dilimizin, mədəniyyətimizin və dövlətçilik ruhumuzun gələcək nəsillərə ötürülməsi missiyasıdır. Xaricdə yaşayan hər bir azərbaycanlı öz davranışı, biliyi və fəaliyyəti ilə ölkəsinin qeyri-rəsmi səfiridir. Biz birlik olduqca daha güclüyük və Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə daha inamla çatdıra bilirik. Bu gün assosiasiyada çoxlu fəal və uğurlu gənclərimiz var. Estafeti etibarlı əllərə vermişik.”

Zəminə Mirhadıyeva vurğulayıb ki, bu il bayrağın qaldırılması missiyası xüsusi olaraq gənclərə həvalə olunub. O qeyd edib ki, ABŞ-ın nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı tələbələr gələcəkdə də ölkəmizin maraqlarının qorunması və tanıdılması istiqamətində mühüm rol oynayacaqlar.

Qeyd edək ki, Azərbaycan Nyu- York Assosiasiyası 2005-ci ildə yaradılıb. Təşkilat ABŞ-da yaşayan azərbaycanlıların bir araya gətirilməsi, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, eləcə də Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği istiqamətində mühüm rol oynayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki