image-image_750x_693bb84e4b284backend

ABŞ-da Trampın şəkli olan əskinasların buraxılması qadağan edildi 

image-ads-728x90

ABŞ Demokrat Partiyasından olan konqresmenlər hazırkı və keçmiş ABŞ prezidentlərinin portretlərinin əskinas və sikkələr üzərində təsvirini qadağan etməyi nəzərdə tutan qanun layihəsini Konqresə təqdim ediblər.

Korrekt.az xəbər verir ki, qanun layihəsinin mətninə əsasən, istər fəaliyyətdə olan, istərsə də keçmiş ABŞ prezidentlərinin təsvirlərinin istənilən Amerika valyutasında yer alması qadağan ediləcək. Təşəbbüsün əsas hədəfinin ABŞ prezidenti Donald Tramp olduğu bildirilir.

Layihə Oregon ştatından senator Jeff Merkley və Nevada ştatından senator Katherine Cortez Masto tərəfindən hazırlanıb. Qanun layihəsinin irəli sürülməsi Trampın 2026-cı ildə ABŞ-ın 250 illik yubileyi münasibətilə üzərində öz portreti olan 1 dollarlıq əskinasın buraxılmasını təklif etməsi fonunda gündəmə gəlib.

Qeyd edək ki, ABŞ-da indiyədək yalnız vəfat etmiş tarixi şəxsiyyətlərin təsvirləri milli valyutada yer alıb. Yeni qanun layihəsi qəbul olunacağı təqdirdə bu yanaşma qanunvericilik səviyyəsində təsbit ediləcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki