image-image_750x_6937cc82eb7dcbackend

Trampa müharibə qərarı vermək qadağan edilir

image-ads-728x90

ABŞ Konqresi 1991 və 2002-ci illərdə qəbul edilən və prezidentə Yaxın Şərqdə hərbi əməliyyatlara başlamaq səlahiyyəti verən iki qanunun ləğvini nəzərdə tutan təşəbbüsü müzakirəyə çıxarıb. Həmin müddəalar cari maliyyə ilinin müdafiə büdcəsi layihəsinə daxil edilib.

Korrekt.az xəbər verir ki, ABŞ Konstitusiyasına əsasən, müharibə elan etmək hüququ prezidentə deyil, Konqresə aiddir. Lakin son onilliklərdə ölkə liderləri Konqres tərəfindən verilmiş hərbi güc tətbiqi icazələrini geniş şəkildə şərh edərək, yeni xarici hərbi kampaniyaların başlanmasına da bu səlahiyyətləri əsas kimi göstəriblər.

Bir sıra qanunvericilər uzun müddətdir prezidentin güc tətbiq etmək səlahiyyətinin məhdudlaşdırılmasını və hərbi əməliyyatlara başlamazdan əvvəl Konqresdən icazə alınmasını tələb edirdilər. Hazırda Konqresdə həm demokratlar, həm də respublikaçılar Yaxın Şərqdəki əməliyyatların əsas hüquqi dayaq nöqtəsi olan hər iki qanunun ləğv olunması barədə razılığa gəliblər.

Qanunların ləğvi prezident Donald Tramp da daxil olmaqla gələcək dövlət başçılarının müstəqil şəkildə xarici hərbi əməliyyatlara başlama imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki