ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro ilə bağlı sərt açıqlama verib. Korrekt.az xəbər verir ki, Tramp “Politico” nəşrinə müsahibəsində Maduronun hakimiyyətdə qalma müddətinin başa çatdığını vurğulayaraq bildirib:
Ağ Ev rəhbəri bununla belə, ABŞ-ın Venesuelaya hərbi müdaxilə planlaşdırıb-planlaşdırmadığı barədə suala cavab verməkdən imtina edib:
“Mən bu barədə danışmaq istəmirəm.” — deyə Tramp qeyd edib.
Əvvəllər məlumat verilmişdi ki, Vaşinqtonun artan siyasi və iqtisadi təzyiqlərinə baxmayaraq, Nikolas Maduro ölkəni tərk etmək niyyətində deyil və Tramp administrasiyasının mümkün addımlarını gözləməyi planlaşdırır.





















