ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker, prezident Donald Trampın Ukrayna və Rusiya üzərində təzyiq göstərərək tərəfləri sülh razılaşmasına gətirə biləcəyini bildirib. Korrekt.az xəbər verir ki, bu barədə Fox News proqramında danışıb.
Uitaker qeyd edib ki, ABŞ bu məsələdə irəliləyiş əldə etmək üzrədir, lakin bunun üçün hər iki tərəfin razılaşması lazımdır. “Prezident Tramp bilir ki, Rusiya və Ukrayna üzərində necə təzyiq göstərmək olar ki, onları sülh sazişinə razı salmaq mümkün olsun və prosesi irəlilətmək mümkün olsun. Mən optimistəm və ümidliyəm,” – deyə o əlavə edib.
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi həmçinin bildirib ki, Vaşinqton müharibənin həlli üçün ciddi irəliləyişlər əldə etməyə çalışır. O, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerin Ukrayna və Rusiya ilə çox mərhələli və mürəkkəb bir razılaşma üzərində işlədiyini qeyd edib.
Uitaker, həmçinin, bildirib ki, müəyyən bir mərhələdə prezident Tramp sülh sazişi əldə etməyin mümkün olmadığını düşünə bilər və bu halda ABŞ-ın sülh prosesindən çıxma qərarı verə biləcəyini vurğulayıb.
Bundan əvvəl, Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-ın təklif etdiyi sülh planı ilə hələ tanış olmadığını iddia edərək, bundan məyus olduğunu bildirmişdi. O, həmçinin, Rusiya tərəfinin sülh razılaşmasına razı olduğunu və Zelenskinin komandası tərəfindən bu planın bəyənildiyini vurğulamışdı.





















