“Tehran ABŞ prezidenti Donald Trampın Ermənistanın cənubundan keçməklə Azərbaycanın iki hissəsini birləşdirəcək tranzit dəhlizinin açılması planına qarşıdır”.
Korrekt.az xəbər verir ki, bunu İranın ali dini rəhbəri Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyanı qəbul edərkən deyib.
Onun sözlərinə görə, İran bunu öz təhlükəsizliyinə təhdid kimi görür.





















