image-1backend

ABŞ Hörmüzdə  İranın mina yerləşdirən qayıqlarını məhv edib 

image-ads-728x90

Bu gün ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika qüvvələri Hörmüz boğazı ətrafında İranın mina yerləşdirməyə cəhd etdiyi 10 gəmini zərərsizləşdirib.

Korrekt.az xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” platformasında paylaşım edib. Onun sözlərinə görə, İranın strateji əhəmiyyətli boğazda dəniz minaları yerləşdirməyə başladığı barədə məlumatlar yayıldıqdan sonra ABŞ-nin hərbi qüvvələri əməliyyat keçirib.

“Son bir neçə saat ərzində mina yerləşdirməyə çalışan 10 qeyri-aktiv qayıq və ya gəmini vuraraq tamamilə məhv etdik. Daha çox gəminin məhv edilməsi gözlənilir”, – deyə Tramp qeyd edib.

Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji bazarı üçün kritik əhəmiyyətə malikdir. Dünyada ixrac olunan neftin böyük hissəsi bu marşrut vasitəsilə daşınır və boğazda mina yerləşdirilməsi beynəlxalq gəmiçilik və enerji təchizatına ciddi təsir göstərə bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki