image-1backend

“Onlara XƏBƏRDARLIQ edilir” – Yazıçılar Birliyindən SON DƏQİQƏ AÇIQLAMASI

image-ads-728x90

“Nə qədər üzvümüzün üzvlük haqqı üzrə borclu qaldığını hazırda deyə bilmirik. Bununla bağlı əlimizdə statistik rəqəm yoxdur. Lakin üzvlük haqqını vaxtında ödəməyənlərə mütəmadi olaraq xəbərdarlıq edilir”.

Bunu Musavat.com-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza deyib.

O bildirib ki, üzvlük haqqı üzrə borcu olan şəxslərlə bağlı gələn həftə qərar qəbul ediləcək. Məsələ AYB Katibliyinin növbəti iclasında müzakirəyə çıxarılacaq:

“Katibliyin gələn həftə keçiriləcək iclasında bu məsələ ilə bağlı qərar veriləcək. Hesabat hazırlanacaq və üzvlük haqqını ödəməyənlərin olub-olmadığı dəqiqləşdiriləcək. Amma bu, qəti qərardır: üzvlük haqqını ödəməyənlər AYB-nin üzvü kimi qala bilməzlər”.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Yazıçılar Birliyi üzvlük haqqını ödəməyən bir qrup şair və yazıçını qurumdan xaric edib. AYB-də illik üzvlük haqqı 15 manat təşkil edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki