image-1backend

 Tehran və İrəvan sərhədləri də yenidən qurur: İranla Ermənistan arasında 8 istiqamətli saziş imzalandı

image-ads-728x90

İran və Ermənistan arasında səkkiz sahədə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan hərtərəfli birgə sənəd imzalanıb. Tərəflər, həmçinin iki ölkəni birləşdirən Nurduz sərhəd-keçid məntəqəsinin infrastrukturunun və nəqliyyat imkanlarının inkişaf etdirilməsi barədə razılığa gəliblər.

Korrekt.az xəbər verir ki, bu barədə İranın vitse-prezidenti, Plan və Büdcə Təşkilatının rəhbəri Seyid Həmid Purməhəmmədi iki ölkə arasında keçirilən 19-cu Birgə Əməkdaşlıq Komissiyasının yekunlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, komissiyanın iclasları çərçivəsində səkkiz istiqamət üzrə ixtisaslaşmış işçi qrupları fəaliyyət göstərib. Müzakirələr infrastruktur, enerji, ticarət, sənaye, mədənçilik, kənd təsərrüfatı, ətraf mühit və sərhədyanı əyalətlər arasında əməkdaşlıq məsələlərini əhatə edib.

Purməhəmmədi qeyd edib ki, tərəflər Nurduz sərhəd-keçid məntəqəsini müasir infrastruktura və geniş nəqliyyat imkanlarına malik nümunəvi sərhəd məntəqəsinə çevirmək niyyətindədirlər.

Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan da birgə komissiyanın gündəliyindəki məsələlərin geniş müzakirə olunduğunu və əməkdaşlığın müxtəlif sahələrində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki