image-1backend

Ermənistanda saxlanılan  İran vətəndaşları öz ölkələrinə qaytarılacaq

image-ads-728x90

Ermənistan həbsxanalarında saxlanılan 15 İran vətəndaşının cəzalarını İranda çəkmələri üçün öz ölkələrinə köçürülməsi nəzərdə tutulur.

Korrekt.az xəbər verir ki, bununla bağlı, İranın vitse-prezidenti, Plan və Büdcə Təşkilatının rəhbəri Seyid Həmid Purməhəmmədi Ermənistana iki günlük səfərinin nəticələrini açıqlayarkən bildirib.

Məlumata görə, məhkumların köçürülməsi iki ölkə arasında hüquqi və məhkəmə əməkdaşlığı, eləcə də məhkumların ölkələrinə təhvil verilməsi mexanizmi çərçivəsində həyata keçiriləcək.

Purməhəmmədi bildirib ki, 15 İran vətəndaşının İrana köçürülməsi və cəzalarının qalan hissəsini öz ölkələrində çəkmələri üçün müvafiq şərait hazırlanıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki