“The Wall Street Journal” qəzetinin verdiyi məlumata görə , ABŞ rəsmilərinin sözlərinə görə, B-1 bombardmançı təyyarələri İranda vurulan F-15E qırıcı təyyarəsinin ikinci heyət üzvünü xilas etmək missiyası zamanı hər biri 2000 funt ağırlığında təxminən 100 bomba atıb.
Bir rəsmi bildirib ki, bombalar missiyanın uğurunu təmin etmək üçün yollara, insanlara və İran İnqilab Keşikçiləri qarnizonlarına atılıb.
ABŞ, iranlıların Amerika qoşunlarına və təyyarələrinə yaxınlaşmasının qarşısını almaq üçün xilasetmə məntəqəsinin yaxınlığındakı yolları dağıtmağa diqqət yetirdi.





















