ABŞ İrana qarşı yeni hücum dalğası həyata keçirib.
Korrekt.az xəbər verir ki, hücumlar həmçinin Qeşm adası, Kiş adası və Buşehr şəhərini də əhatə edib. Press TV-nin məlumatına görə, Qeşm adasında yaşayış binasına zərbə endirilib və iki nəfər dağıntılar altında qalıb.

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, zərbələr Bəndər Abbas, Nüşəhr, Sirik və Nəhr Abbas şəhərlərinə də endirilib.
Hədəflər arasında hərbi komandanlıq mərkəzləri, raket və pilotsuz təyyarə mərkəzləri, sahil mühafizəsi və müdafiə obyektləri, eləcə də İranın dəniz qüvvələrinin aktivləri var.





















