image-1739995884_67b5d9d6ede8d67b5d9d6ede8e173997103067b5d9d6ede8b67b5d9d6ede8c-750x536backend

Ali məktəblərə 2-ci cəhd imtahanına qeydiyyat niyə tez aparılır? – ARAŞDIRMA

image-ads-728x90

 

2-ci cəhdə qatılmaq istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər.

Lakin bəzi abituriyentlər narazılıq edirlər ki, birinci imtahanın cavabları çıxmadan 2-ci şans üçün artıq qeydiyyat müddəti təyin olunub.

Məsələni araşdırmaq məqsədilə ilə həm təhsil eksperti Elçin Əfəndi, həm də Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə ilə həmsöhbət olduq.

Elçin Əfəndi Zefer.media-ya açıqlamasında deyib ki, imtahan nəticələri çıxdıqdan sonra qeydiyyatdan keçmək daha məqsədəuyğun olardı, abituriyentlər ən azından nəticələrini dəqiq öyrənərdi və onun üzərindən qərar vermək imkanları yaranardı:

“Lakin ərizə qəbulu daha erkən icra edilir və ardınca isə nəticələr elan olunur. Prosesin belə tənzimlənməsi açıq yazılı sualların yoxlanılmasının uzun müddət tələb etməsindən irəli gəlir. Bütün suallar qapalı tipli suallar üzərindən getsə cavab tez çıxar, ancaq situasiya tipli açıq yazılı sualların yoxlanılması uzun vaxt alır.

Əgər nəticələri gözləsək, məsələn, 1-ci və 4-cü qruplar iyunun 7-si imtahana girəcəklər, 51 min nəfərdən də çox gənc var. Onların ümumilikdə cavablarının, yığdıqları balların elanı iyun ayının axırı və iyulun əvvəlində açıqlanacaq. Növbəti cəhd imtahanlarında – 5 iyul tarixində 2 və 3-cü qruplar, iyul ayının 12-də 1 və 4-cü qruplar iştirak edəcək. 1-ci cəhd imtahan nəticələrinin hamısı eyni vaxtda açıqlanmır. Ondan sonra da ərizə qəbuluna yenidən vaxt ayırmalıyıq: Təxminən iyul ayının 5-dən 15-qədər bir tarix.

İyulun 15-ə qədər ərizə qəbulu həyata keçirsək, o zaman məcburuq imtahanları iyulun 15-i ya da 20-ə 1-ci cəhdi, 25-ə isə 2-ci cəhdi təyin etsək, onda cavablar avqustun 20-ə qədər uzanacaq. Həmin vaxt artıq toplanan ballardan sonra apellyasiya mərhələsi, ixtisaslaşma dövrü gələcək və bu da tədris ilinin başlanmasına bir neçə gün qalmışa qədər zaman alacaq. Təsəvvür edin, dərs ili başlayır biz imtahan cavablarını, müsabiqəni açıqlaya bilmirik. Tədris ili də oktyabrda başlamalı olacaq”.

Təhsil eksperti vurğulayıb ki, 1-ci cəhddə imtahana gedənlərin sayı 100 min nəfərə yaxın idisə,  indi 2 gün yarım vaxt var və bu rəqəm 40 min nəfərə yaxındır:

“1-ci imtahana qatılan 50 -60 min nəfər, hələ ikinciyə qeydiyyatdan keçməyib. İstəyirlər ki, nəticələri dəqiq bilsinlər. Mən də razıyam öncə nəticələr məlum olmalıdır, amma ödəniş tələbinə hamıya da şamil edilmir. Sosial cəhətdən həssas statusu daşıyanlar ödənişlərdən azaddırlar”.

Xanlar Xanlarzadə isə qeyd edib ki, ali məktəblərə qəbul imtahanlarının 2-ci mərhələsi iki dəfə keçirilir:

“Bu da abituriyentlərin öz ixtiyarına buraxılır ki, onlar hər ikisində və ya birində iştirak etsinlər, heç bir məcburiyyət yoxdur. Ola bilsin kimsə hər iki cəhddə yazılaraq iştirak edir, bəziləri isə heç birincidən qeydiyyatdan keçmir və ikinciyə qatılır. İmtahanlarda iştirak ödənişlidir, lakin ilk dəfə imtahana gələnlər ödəniş etmir. Habelə müəyyən kateqoriyaya malik şəxslər var ki, onlar neçə dəfə iştirak etsələr də pul ödəmirlər- Məcburi köçkün statusu olanlar, şəhid ailələrinin üzvləri, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü uğrunda əlilliyi müəyyənləşdirilmiş insanların övladları, ikinci qrup əlil şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar.

DİM-in Mətbuatla iş sektorunun müdiri onu da əlavə edib ki, abituriyentlər imtahan nəticələrini təqribi olaraq bilirlər:

“İmtahandan sonra sual kitabçaları özlərinə verilir, dərhal da düzgün cavablar çıxır. İmtahanlar iyul ayında baş tutacaq və imtahana heç olmasa 20 gün qalmış qeydiyyat bitməlidir ki, növbəti imtahanın hazırlığına başlansın, say doğru, dəqiq hesablansın”.

Zərintac Mayisqızı 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki