image-1backend

Alimlər şokda: Raketi havada ildırım vurdu  

image-ads-728x90

Çində “Long March-3B” daşıyıcı raketi buraxılışdan qısa müddət sonra ildırım zərbəsinə məruz qalıb. Buna baxmayaraq, missiya uğurla başa çatıb və raketin daşıdığı “Tianlian-2” seriyasının altıncı rabitə peyki planlaşdırıldığı kimi orbitə çıxarılıb.

Korrekt.az xəbər verir ki, hadisə iyulun 23-də Siçan Kosmik Mərkəzində baş verib. Buraxılışdan təxminən 35 saniyə sonra, raket bir neçə kilometr yüksəklikdə olarkən ona ildırım düşüb.

Məlumata görə, elektrik boşalması raketin baş hissəsinə dəyərək gövdə boyunca hərəkət edib və işlək mühərriklərin qaz axını vasitəsilə yerə ötürülüb. Buna baxmayaraq, raketin sistemlərində ciddi nasazlıq qeydə alınmayıb.

İlkin qiymətləndirməyə əsasən, raketin avadanlığı və daşıdığı peyk zərər görməyib. Mütəxəssislər bildirirlər ki, bu tip daşıyıcı raketlər ildırım zərbələrinə qarşı xüsusi mühafizə sistemləri ilə təchiz olunduğundan uçuş plan üzrə davam edib.

Nəticədə “Tianlian-2” seriyasının altıncı peyki uğurla geostasionar keçid orbitinə çıxarılıb.

Qeyd edək ki, buna bənzər hadisə 2019-cu il mayın 27-də Rusiyanın Plesetsk kosmodromunda da yaşanmışdı. Həmin vaxt “Soyuz-2.1b” raketi uçuşun 14-cü saniyəsində ildırım zərbəsinə məruz qalsa da, daşıdığı “Qlonass-M” peyki nəzərdə tutulan orbitə uğurla çatdırılmışdı.

Mütəxəssislərin sözlərinə görə, müasir kosmik daşıyıcı raketlər ildırım zərbəsinin təsirini minimuma endirən xüsusi mühafizə sistemləri ilə təchiz edilir. Bu da əlverişsiz hava şəraitində belə missiyanın təhlükəsiz şəkildə davam etdirilməsinə imkan yaradır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki