image-1backend

İranda edam dalğası: “10-a yaxın siyasi məhbusun ölüm hökmü təsdiqlənib” 

image-ads-728x90

İranda əsassız ittihamlarla həbs olunmuş 7 məhbusla bağlı edam hökmü təsdiqlənib. Korrekt.az xəbər verir ki, Tehran İnqilab Məhkəməsinin 26-cı bölməsində 6 məhkumun məhkəmə işi üzrə əvvəl çıxarılmış ölüm hökmləri qüvvədə saxlanılıb.

Məhkəmədə mühakimə olunanların ayrı-ayrılıqda, qısa zaman ərzində mühakimə edildiyi və müdafiə çıxışına imkan verilmədiyi bildirilib.
Edam cəzası alan şəxslər arasında Məhəmməd Təqəvi, Puya Qubadi, Vəhid Bəniamerian, Əkbər Daneşvərkar, Babək Əlipur, Əbülhüseyn Montəzer adlı məhbuslardır. Onlar hökumətə müxalif Xalq Mücahidləri Təşkilatına üzv olmaqda ittiham ediliblər.

Daha bir məhbus – Kərim Xocəste – Rəşt İnqilab Məhkəməsi tərəfindən “İslam Respublikasına qarşı silahlı fəaliyyət” ittihamı ilə edam cəzasına məhkum olunub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki