image-1backend

Amerikalı influenser canlı yayım zamanı vəfat etdi

image-ads-728x90

 Korrekt.az xəbər verir ki, məşhur kulinariya şousu “Con və ana ilə qəhvə vaxtı”nın 55 yaşlı aparıcısı Con Deyvis canlı yayım zamanı vəfat edib. Faciə iyunun 10-da Tennessi ştatının Celliko şəhərindəki evində baş verib. Hadisə yerinə gələn şerif müavini kişinin öldüyünü bildirib.

“Con və ana ilə qəhvə saatı” layihəsi çərçivəsində anası ilə birlikdə hər gün yemək bişirmə videoları paylaşan Con Deyvis 55 yaşında vəfat edib.

People nəşrinin hadisə ilə bağlı əldə etdiyi məlumata görə, Kempbell Şəhər Şerif Ofisinə “bir kişinin nəfəs almağı dayandırdığı” barədə zəng gəlib. Şerif müavini hadisə yerinə gəlib və Devisin öldüyünü bildirib.

Conninin ardınca anası Franses Deyvis qalıb. O, onların yemək videolarının daimi yaradıcılarından biri idi. Cütlüyün Facebook səhifəsinin 215.000-dən çox, YouTube kanalının isə təxminən 8.000 abunəçisi var.

Şahidlərin sosial mediada verdiyi məlumata görə, Con Deyvis 10 iyun tarixində yayım zamanı qəfildən özünü pis hiss etməyə başlayıb. Bu yayım artıq layihənin bütün rəsmi səhifələrindən tamamilə silinib.

Onların 9 iyun tarixli son birgə yayımını hələ də izləmək mümkündür. Videoda ana və oğul həvəslə şam yeməyi üçün Parmesan və ranço sousu ilə bişmiş pomidor hazırlayırlar.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki