image-1backend

Arda Gülər üçün 100 milyonluq təklif  

image-ads-728x90

Premyer Liqa klubu “Mançester Siti”, “Real Madrid”də çıxış edən Türkiyənin milli futbolçusu Arda Gülərə ciddi maraq göstərir.

Korrekt.az  xəbər verir ki, ingilis klubunun gənc ulduz üçün təxminən 100 milyon avro transfer haqqı ödəməyə hazır olduğu bildirilib.

“Fichajes” qəzetinin məlumatına görə, “Mançester Siti” meneceri Pep Qvardiola Arda Gülerin oyununu yaxından izləyir. Təcrübəli menecer, Arda Güləri matçın ritmini dəyişdirə bilən unikal oyunçu kimi qiymətləndirir.

“Mançester Siti” Arda Güler üçün 100 milyon avro civarında təklif hazırlayır və transfer üçün danışıqlara başlamağa hazırdır.

Lakin “Real Madrid” rəhbərliyi gənc ulduzun yüksək potensialına güvənərək satmaq niyyətində deyil. Klub, qısamüddətli qazanc naminə Arda Gülerin uzunmüddətli inkişaf planlarından imtina etmək istəmir.

20 yaşlı Arda Güler, Madriddəki çıxışları ilə həm neytral, həm də qismən futbol azarkeşlərinin heyranlığını qazanıb. Onun gələcəkdə Avropanın ən böyük klublarından birinə transfer olunacağı gözlənilir.Musavat.com

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki