Bakıda 271 saylı orta məktəbdə təhsil alan Natiq adlı şagirdin gün ərzində digər şagirdləri ayrı-ayrılıqda fiziki zorakılığa məruz qoyduğu deyilir. Məlumata görə, həmin görüntüləri lentə alaraq sosial şəbəkə hesabında paylaşır.

Korrekt.az  xəbər verir ki, hadisə geniş müzakirələrə səbəb olub.

Bununla bağlı hələlik rəsmi açıqlama verilməsə də, artıq ictimaiyyət adamları sosial mediada fikirlərini bölüşürülər.

Tarixçi alim Zaur Əliyev başına gələn hadisədən danışaraq qeyd edib ki, belə halların qarşısının almaq üçün cəza tədbiri olmalıdır:

“2018-ci ildə məktəbdə yuxarı sinif uşağı oğluma əl qaldırdı. Getdim, uşaqla söhbət elədim. Dedi, “yaxşı eləmişəm”. Atası gəldi, dedi, oğlum yaxşı edib. Yenə səbirlə, insan olaraq xahiş elədim ki, uşağa tərbiyə ver. Dirəndi ki, yenə edəcək. Mənim oğlum idmançıdır. Ata-bala açıq-aşkar oğluma təhdid edirdilər. Məktəb direktoru da onlarla danışdı, amma yenə dedilər ki, yaxşı ediblər.

Bu söz necə əsəb etdisə məktəbin içində atasını “saldım təpiyin altında”. Oğlu da baxa-baxa qaldı. Odur-budur oğlum və məni görən kimi, ikisi də qaçır kənara. Bəzən söz, tərbiyə və sairə kömək etməyəndə. Çox heyif ki, şiddətə əl atmağa məcbur olursan ki, ömrlük dərs olsun”.

Jurnalist Dünya Sakit isə bildirib ki, belə uşaqlar üçün xüsusi məktəblər vardı Sovet dövründə, onları bərpa etmək lazımdır mütləq.

Digər media nümayəndəsi Elnurə Abuşova isə “Hanı bu məktəbin psixoloqu? Hanı bu rayonun yeniyetmələrlə iş şöbəsi?” deyə sual edib:

“Bu uşaqla psixoloqlar işləməlidir, sonra uşaq arasına buraxılmalıdır. Sonra deyirik, şagirdin üzünə “kislota” tökdülər. Amma soruşan yoxdur: niyə tökdülər? Belə hərəkətə görə…”“AzPolitika.info”