“Tinn.ir” saytı yazıb ki, Tehran Zəngəzur dəhlizi də daxil olmaqla ölkənin şimalındakı strateji nəqliyyat marşrutları ilə bağlı mövqeyini hələ də dəqiqləşdirmədiyi halda, Azərbaycan layihəni sürətlə irəlilətməyə davam edir və bu prosesdə Avropanın rolunu ön plana çıxarır.
Azərbaycan Prezidentinin xüsusi köməkçisi Hikmət Hacıyev “EU Today” nəşrinə müsahibəsində bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycanın öhdəsinə düşən hissəsi 2026-cı ilə qədər istifadəyə veriləcək.
Hacıyevin sözlərinə görə, Bakı Avropa İttifaqının layihədə iştirakını dəstəkləyir və dəhlizin Aİ-nin Global Gateway proqramına uyğun şəkildə müəyyənləşdirilməsini istəyir.
Saytda qeyd olunub ki, Ermənistan da son aylarda dəhlizlə bağlı mövqeyində yumşalma nümayiş etdirir.





















