image-2backend

Azərbaycan və Gürcüstan dünyaya qonşuluq nümunəsi təqdim edir

image-ads-728x90

Bu gün Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli əlaqələrin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsi istiqamətində atılan addımlar hazırki reallıqlarda özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən xarici siyasət uğurlarımıza xüsusi diqqət yönəldərək bu reallığı bir daha diqqətə çatdırdı ki, ənənəvi tərəfdaşlarla əməkdaşlığımız yüksələn xətlə inkişaf edir və bundan sonra da belə olacaq.
Ümumilikdə Azərbaycan qonşuluq münasibətlərinin inkişafına xüsusi diqqət göstərir. Azərbaycan-Gürcüstan dünyaya qonşuluq nümunəsini təqdim edir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfəri, bu səfər çərçivəsində Tbilisidə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşləri, səfərin mahiyyətini, qarşıdakı dövrün hədəflərini özündə ehtiva edən mətbuata birgə bəyanatlarında səslıəndirilən fikirlər ölkə və dünya mətbuatında geniş müzakirə edilməkdədir.
İki dost, qardaş ölkə olan Azərbaycan və Gürcüstan daim bir-birinin yanndadır. Azərbaycan ilə Gürcüstan arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin tarixi çox qədimdir. Bu münasibətlər zəngin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində inkişaf edir.
Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir. Gürcü və Azərbaycan xalqlarının əsrlər boyu dostluq, qardaşlıq şəraitində yaşadıqlarını və bu gün bu ənənələrin davam etdirildiyini vurğulayan dövlətimizin başçısı deyib: “Bu gün iki müstəqil dövlət kimi Azərbaycan və Gürcüstan inamla inkişaf edir”.
Dövlətimizin başçısı qeyd edib ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək. “Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir birimizi dəstəkləyirik. Cənab Baş nazir qeyd etdiyi kimi, hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik”, – deyə dövlətimizin başçısı bildirib.
Azərbaycan-Gürcüstan siyasi əlaqələrinin bütün qonşular üçün nümunə olduğunu önə çəkən dövlət başçısı bildirdi ki, iqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə yatırıb. Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır.
Qeyd edilib ki, Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atıb. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Bu ixrac Gürcüstandan başlayır. Azərbaycanın nefti və qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları da Azərbaycan və Gürcüstan üzərindən keçirilir. Biz bu mövcud infrastruktur haqqında kifayət qədər danışmışıq. Artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi bu gün böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Bu gün də Azərbaycanda nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu ölkəmiz üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər göstərilir və göstəriləcəkdir.
Baş nazir İrakli Kobaxidze bəyanatında Prezident İlham Əliyevin Gürcüstanın dəyərli dostu olduğunu və Azərbaycan Prezidentinin buraya səfəri hər zaman Gürcüstan üçün böyük şərəf olduğunu söyləyib. Baş nazir qeyd edib: “Biz fürsətdən istifadı edərək ikitərəfli münasibətlərimizi və regiondakı prosesləri müzakirə etdik”. Bizim xalqlarımız əsrlər boyu bir-biri ilə sıx bağlı ölkələr olub və bunun məntiqi davamı odur ki, bu gün iki ölkə arasında strateji tərəfdaşlıq mövcuddur.
“Şadam ki, bu əməkdaşlıq müxtəlif istiqamətlər üzrə çox dinamik şəkildə iştirak edir”, – deyə Baş nazir vurğulayıb.
Ölkələr arasında regionlararası əməkdaşlıq həmçinin yüksələn xətlə davam edir. Belə ki, iki ölkənin bir sıra şəhərləri arasında birbaşa əməkdaşlıq əlaqələri qurulub. Azərbaycan ilə Gürcüstanın bir sıra şəhərləri arasında “qardaşlaşma” əlaqələrinə dair müvafiq memorandumlar imzalanıb. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcək.
Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün, təhlükısizliyin, çiçəklənmənin və inkişafın sütunlarıdır. Bu iki ölkə regionda ənənəvi ailə dəyərlərini, milli mədəniyyəti, ləyaqəti, tarixi irsi qoruyur. Azərbaycan və Gürcüstanın liderlərinin və xalqlarının müdrikliyi regionumuzu yad dəyərlərdən, qeyri-ənənəvi meyllərdən və sorosçuların müdaxiləsindən xilas etdi.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki