“Təbii ki, Zəngəzur dəhlizi ideyasını və təşəbbüsünü irəli sürərkən ilk növbədə nəqliyyat sektoru nəzərə alınırdı. Lakin bu gün biz bunu daha geniş şəkildə nəzərdən keçiririk”, – deyə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
“Bizim Azərbaycanın əsas hissəsindən Ermənistan ərazisindən keçməklə Naxçıvana elektrik xətlərinin çəkilməsi üçün hazır layihəmiz var”, – deyə İlham Əliyev bildirib.





















