image-img-20260725-wa0006backend

Bacarıqlı Əllər Dünyası “ İctimai Birliyi layihə həyata keçirdi

image-ads-728x90

Əlilliyi olan şəxslər cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrdəndir. Onlara qarşı diqqətin artırılması olduqca mühüm və önəmlidir. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etmək üçün dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Dövlətin bu siyasətinə dəstək olararq Qeyri-hökümət təşkilatları da bu yöndə bir sıra addımlar atırlar. Xüsusislə əlilliyi olan şəxslərin, şəhid ailə üzvlərinin, qazi və onların övladlarının yaradıcılıq qabiliyyətinin üzə çıxarılması və inkişafına dəstək göstərirlər.
Artıq 17 ildir fəaliyyət göstərən “Bacarıqlı Əllər Dünyası “ İctimai Birliyi də bu baxımdan bir çox uğurlu layihələr həyata keçirib. Bu layihələrdə əsas məqsəd milli dəyərlərimizi tanıtmaq, gələcək nəsillərə çatdırmaq , eyni zamanda həssas qrupdan olan şəxslərin cəmiyyətə inteqrasiyasına kömək etmək, qazi və şəhid ailələrinin sosial rifahlarına dəstəkləmək olub.
İyulun 24 –də Bakı şəhəri Nərimanov parkında Bacarıqlı Əllər Dünyası İctimai Birliyi ”Jurnalıstlərin Beynalxalq Əməkdaşlığı” İctimai Birliyinin dəstəyi ilə “Zəfər övladlarının incə əl işləri “ adlı satış sərgi təşkil edilib. Sərgidə 20-ə yaxın sağlamlıq imkanları məhdud şəxslərin əl işləri sərgilənib. İştirakçılar arasında qazi, birinci qrup əlil Bəhruz Hüseynovla həyat yoldaşının, eyni zamanda Mustafa Abdullayev ,Südabə Mirnağıyeva , Zəhra Alxasova ,Umarova Aslımaral və digərlərinin incə və dəyərli əl işləri sərgiyə gələnlər tərəfindən maraqla qarşılanıb və onların diqqətini cəlb edib.
Sərgini giriş sözü ilə açan Bacarıqlı Əllər Dünyası İctimai Birliyinin sədri Azadə Məmmədova bu sərgi satışın təşkilində başıca amalın vətən uğrunda canından keçən igid oğulların xatirəsini əziz tutmaq, yolunda şəhid olduqları yurd yerlərimizin ətrini, tarixi keçmişini, insanlarının düşüncə tərzini və məişət mədəniyyətini ilmələrində qoruyub saxlayan xalq sənətini böyüməkdə olan nəslə daha yaxından tanıtmaq və sevdirmək olduğunu vurğuladı. Sərgiyə dəvət olunan qonaqlar sırasında AQUPDK-nın Uşaq məsələləri şöbəsinin baş məsləhətçisi Nurlana Qaraxanova, Sosial Xidmətlər Agentliyinin əməkdaşı Məhəmməd Babayev də var idi. AQUPDK – nın Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Şəbnəm Cəfərova çıxış edərək tədbir iştirakçıları salamlayaraq, bu cür tədbirlərin keçirilməsinin önəmindən danışıb, uğurlar diləyib. Birinci Qarabağ savaşında şəhid olmuş Milli Qəhrəman Fazil Mehdiyevin qardaşı Azər Mehdiyev isə çxıış edərək dövlətin bu qrup şəxslərə göstərdiyi diqqət və qayğıdan danışıb. Təşkilatçılara təşəkkürünü bildirib. Satış sərginin iyulun 25-də də davam edəcəyi qeyd edilib.

image-img-20260725-wa0009 image-img-20260725-wa0008 image-img-20260725-wa0007 image-img-20260725-wa0006 image-img-20260725-wa0005 image-img-20260725-wa0004 image-img-20260725-wa0003 image-img-20260725-wa0002 image-img-20260725-wa0001 image-img-20260725-wa0000



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki