image-unnamed-49backend

Bakıda gizli Rusiya-Almaniya görüşünün keçirilməsi təsdiqləndi

image-ads-728x90

Prezident İlham Əliyev Rusiya və Almaniyanın keçmiş rəsmi şəxslərinin Ukrayna müharibəsini müzakirə etməsinə dair media xəbərlərini təsdiqləyib. “The Times” qəzeti də daxil olmaqla, bir sıra media qurumları bu görüş barədə məlumat yaymışdı.

“Bloomberg” və yerli mətbuat yazır ki, dövlət başçısı bu barədə Berlində Almaniya kansleri Fridrix Mertslə görüşündən sonra keçirilən mətbuat konfransında danışıb.

“Detalları açıqlaya bilmərəm, çünki həmin müzakirələrdə iştirak etməmişəm. Amma uçuş məlumatları mənə əsas verir deyim ki, Bakıda belə bir gizli görüş keçirilib”, – Əliyev bildirib.

Onun sözlərinə görə, bu təmaslar üçün Azərbaycan ərazisindən ölkə rəhbərliyinin xəbəri olmadan istifadə edilib: “Əgər bu görüş Rusiya ilə Ukrayna arasındakı müharibənin dayandırılmasına töhfə vermək məqsədi daşıyıbsa, bunu yalnız alqışlaya bilərik”.

Merts isə bildirib ki, bu görüş barədə heç nə bilmir və Almaniya hökumətinin bura heç bir aidiyyəti yoxdur.

“The Times” daha əvvəl yazmışdı ki, Almaniya tərəfindən prosesə keçmiş kansler Angela Merkelin administrasiya rəhbəri Ronald Pofalla və Brandenburq federal əyalətinin keçmiş baş naziri Mattias Platsek qatılıblar. Rusiyanı isə görüşdə Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyev və “Qazprom”un Direktorlar Şurasının sədri, Rusiyanın keçmiş baş naziri Viktor Zubkov təmsil ediblər.

Əliyev gizli danışıqların iyulun 12-14-də keçirildiyini diqqətə çatdırıb.

Medianın məlumatına görə, müzakirələrdə Ukraynadakı müharibəyə son qoyulmasının mümkün yolları nəzərdən keçirilib. Görüşdə adı çəkilən şəxslər, eləcə də Rusiya rəsmiləri hələlik bu xəbərləri şərh etməyiblər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki