image-ba780ddaae5124ee9cccbc33c99bb30abackend

Bakının ən gənc və ən yaşlı icra başçıları kimlərdir? – 49 yaşdan 66 yaşa qədər…

image-ads-728x90

Azərbaycanda rayon və şəhər icra hakimiyyətlərinə rəhbərlik edən şəxslərin fəaliyyəti ilə yanaşı, onların yaş göstəriciləri də zaman-zaman maraq doğuran mövzulardan biri olub.

İcra başçıları arasında gənc yaşda bu vəzifəyə təyin olunan şəxslərlə yanaşı, uzun illər dövlət idarəçiliyində çalışan, böyük təcrübəyə malik rəhbərlər də yer alır.
Bəs hazırda Bakının ən gənc və ən yaşlı icra başçıları kimlərdir?
Araşdırma nəticəsində məlum olur ki, Bakı rayonlarının icra başçıları arasında ən yaşlı rəhbərlər Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevdir. Hər iki icra başçısının hazırda 66 yaşı var.
Elxan Allahverdiyev 15 iyun 1960-cı ildə Bakı şəhərində anadan olub. O, Prezident İlham Əliyevin 6 iyun 2018-ci il tarixli sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Adil Vəliyev isə 20 aprel 1960-cı ildə Qubadlı rayonunun Əfəndilər kəndində anadan olub. O, 2012-ci ilin aprel ayında Prezident sərəncamı ilə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Paytaxtın digər yaşlı icra başçıları sırasında Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov da yer alır. 1961-ci ildə anadan olan Vasif İmanovun hazırda 65 yaşı var. O, 7 mart 2013-cü ildən Pirallahı rayonuna rəhbərlik edir.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 27 aprel 1962-ci ildə anadan olub. Onun hazırda 64 yaşı var. Süleyman Mikayılov 4 mart 2010-cu ildə bu vəzifəyə təyin edilib.

 

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov isə 1 yanvar 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. Hazırda onun 61 yaşı var. Tahir Budaqov 2026-cı ilin fevralında Nəsimi rayonunun icra başçısı təyin olunub.

Bakı rayonlarının icra başçıları arasında ən gənc rəhbərlər sırasında Elgin Həbibullayev və Elşən Salahov yer alır.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev 7 aprel 1977-ci ildə Bakı şəhərində anadan olub. Onun hazırda 49 yaşı var. Elgin Həbibullayev 18 fevral 2022-ci ildən bu vəzifəni icra edir.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov da 1977-ci ildə anadan olub. Onun hazırda 49 yaşı var. Elşən Salahov Prezident İlham Əliyevin 5 fevral 2019-cu il tarixli sərəncamı ilə Xəzər rayonunun icra başçısı təyin edilib.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 27 sentyabr 1976-cı ildə Bakı şəhərində anadan olub. Hazırda onun 49 yaşı var. O, 12 noyabr 2019-cu ildə bu vəzifəyə təyin edilib.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov 1976-cı ildə Bakı şəhərində anadan olub. Onun hazırda 50 yaşı var. Vüqar Zeynalov 30 oktyabr 2018-ci ildə bu vəzifəyə təyin edilib.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev 17 yanvar 1974-cü ildə anadan olub. Hazırda onun 52 yaşı var. O, 12 noyabr 2019-cu ildə bu vəzifəyə təyin edilib.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev isə 25 sentyabr 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Onun hazırda 56 yaşı var. Adil Əliyev 8 iyul 2024-cü ildə bu vəzifəyə təyin edilib./AZXEBER.COM



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki