Bakıda 6 yeni ekspres avtobus marşrutu açılır.
Bununla bağlı BakuBus MMC məlumat yayıb.
Avqustun 15-dən etibarən Bakı Metropolitenində xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırılması səbəbilə 6 yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək. Sərnişinlərin mobilliyini təmin etmək üçün avtobusların hərəkət qrafiki metronun iş rejiminə uyğunlaşdırılıb və yeni marşrutlar hər gün saat 06:00-dan 00:00-dək fəaliyyət göstərəcək. pizza mizza
Yeni ekspres marşrutların istiqamətləri aşağıdakılardır:
M1 – “Elmlər Akademiyası” metrostansiyası ↔ “28 May” metrostansiyası;
M2 – “İnşaatçılar” metrostansiyası ↔ “Nizami” metrostansiyası ↔ “28 May” metrostansiyası;
M3 – “20 Yanvar” metrostansiyası ↔ “Nizami” metrostansiyası ↔ “28 May” metrostansiyası;
M4 – “20 Yanvar” metrostansiyası ↔ “Koroğlu” metrostansiyası;
M5 – “20 Yanvar” metrostansiyası ↔ “Gənclik” metrostansiyası;
M6 – “Elmlər Akademiyası” metrostansiyası ↔ “Gənclik” metrostansiyası.





















