Reuters agentliyinin Kremlin sözçüsü Dmitri Peskova istinadən verdiyi məlumata görə, Moskva Ukraynada seçkilərə imkan yaratmaq üçün 60 günlük atəşkəs təklifini rədd edib.
Korrekt.az xəbər verir ki, mətbuat katibi qeyd edib ki, Rusiya dəfələrlə atəşkəs yox, uzunmüddətli sülh istədiyini və buna nail olmaq üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu bildirib.
Peskov əlavə edib ki, Kiyev seçkilər keçirmək qərarına gələrsə, Putin seçki günü Ukraynaya hücum etməməyi əmr etməyə hazır olacaq.
Lakin, Zelenskinin tələb etdiyi 60 gün seçkilər keçirmək üçün deyil, güc toplamaq, yaraları sağaltmaq və müharibəni davam etdirmək üçündür, deyə o əlavə edib





















