image-1backend

Barak Obamadan Trampa SƏRT SÖZLƏR: “Ağ Evi Səddam Hüseynin restoranına oxşadıb”

image-ads-728x90

ABŞ-nin keçmiş Prezidenti Barak Obama Klivlenddə (Ohayat ştatı) Demokratlar Partiyasının dəstəyinə həsr olunmuş seçkiəvvəli mitinqdə çıxış edərək Ağ Evin indiki rəhbərliyini və Donald Trampın interyer zövqünü kəskin tənqid edib.

Korrekt.az  xəbər verir ki, keçmiş dövlət başçısı Trampın binalarda və dizaynda qızıl bəzəklərə olan həddindən artıq aludəçiliyini istehza ilə qarşılayıb.

Obama mitinq iştirakçılarının alqışları altında bəyan edib: “Trampın vaxtında Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada ‘Cheesecake Factory’ restoranlar şəbəkəsini açıb. Hər yerdə sadəcə qızıldır!”

Çıxışının davamında eks-prezident ölkədəki mövcud idarəetməni ciddiyyətsizlikdə ittiham edərək sosial-iqtisadi problemlərə diqqət çəkib. Obama bildirib ki, hazırda ölkə üçün çox ciddi bir dövr yaşanır, lakin hakimiyyətdə olanların davranışı tamamilə ciddiyyətdən uzaqdır.

Onun sözlərinə görə, indiki rəhbərliyi insanlara real dəstək vermək və kömək etməkdən daha çox özünü göstərmək, güc nümayiş etdirmək, sosial şəbəkələrdə yazışmaq və başqalarını təhqir edib alçaltmaq maraqlandırır.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki