image-1backend

Rövşən Nəcəf bu şəxsi işdən qovdu:  SOCAR-ın Rumıniyadakı törəmə şirkətində nə baş verir?  

image-ads-728x90

SOCAR-ın Rumıniyada fəaliyyət göstərən törəmə şirkəti SOCAR Petroleum S.A.-da rəhbərlik dəyişikliyi baş verib.

Məlumata görə, şirkətin Rumıniyadakı nümayəndəsi Ramil Əsədulzadə tutduğu vəzifədən azad edilib.

Bildirilib ki, Ramil Əsədulzadənin rəhbərliyi dövründə idarəçiliklə bağlı yaranan narazılıqlar və şirkətdəki vəziyyət rəhbərliyin qərarına səbəb olub.

Onun vəzifəsinə SOCAR-ın Rumıniyadakı strukturunda uzun illər müxtəlif məsul vəzifələrdə çalışmış Ramin Əliyev təyin edilib.

Ramin Əliyev 2012–2013-cü illərdə Əməliyyatlar və Hesabatlar Meneceri, 2014-cü ildən Nəzarət Meneceri, 2015-ci ildən isə Baş Əməliyyat Direktoru (COO) vəzifəsində çalışıb.

Yeni rəhbərin SOCAR-ın Rumıniyadakı strukturunda uzunmüddətli təcrübəyə malik olduğu qeyd olunur.vətəninfo.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki