08.10.2026-cı il tarixində səhər saatlarında Abşeron Rayon Mərkəzi Xəstəxanasında Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürücü vəzifəsində çalışan əməkdaş direktorun inzibati işlər üzrə müavininə xəsarət yetirib.
TƏBİB-dən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, hadisə zamanı xəsarət alan direktorun inzibati işlər üzrə müavininə dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
“Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, sürücünün əmək intizamı qaydalarını pozması halları müşahidə olunub. Bu hallar ilə bağlı ona dəfələrlə şifahi xəbərdarlıq edilib”.
Xatırladaq ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasın baş həkimininin müavini Orxan Ənvərli əvvəllər orada çalışmış və işdən azad edilmiş əməkdaşın hücumuna məruz qalıb. Nəticədə, vəzifəli şəxs bıçaq xəsarəti alıb.
Hadisə ilə bağlı xəstəxanaya polis əməkdaşları cəlb olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Elçin Balayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.





















