image-eli-mutehheribackend

İranlı siyasətçidən hicab və geyim qaydaları ilə bağlı sərt çağırış: “Ya ‘İslam’ sözünü çıxarmalıyıq, ya da nəzarət etməliyik”

image-ads-728x90

İran parlamentinin keçmiş sədr müavini Əli Mütəhhəri ölkədə qadınların geyim tərzinə dövlət nəzarətinin gücləndirilməsinin vacibliyini bildirib.

Korrekt.az xəbər verir ki, o, bu barədə “Fararu” nəşrinə müsahibəsində danışıb.

Mütəhhəri iddia edib ki, İran əhalisinin böyük əksəriyyəti geyim qaydalarına dövlət nəzarətini dəstəkləyir. Siyasətçi ictimai yerlərdə qadınların geyimində baş verən dəyişiklikləri tənqid edərək, onun fikrincə, bədənin açıq saxlanması hallarına qarşı tədbirlər görülməsinə çağırıb.

O, mövcud vəziyyətin artıq qəbuledilməz həddə çatdığını bildirib. Mütəhhəri qısaqol və qolsuz geyimləri, eləcə də bədənin açıq qalmasını bu tendensiyanın nümunələri kimi göstərib.

Siyasətçi daha sonra fikirlərini sərt ifadələrlə davam etdirib:

“Əgər vəziyyət bu istiqamətdə davam edərsə və yaxın gələcəkdə mini ətəklərin geyinilməsi həddinə çatarsa, bu, qətiyyən yolverilməzdir. Ya ‘İslam Respublikası’ adından ‘İslam’ sözünü çıxarmalıyıq, ya da hansısa formada nəzarət mexanizmi tətbiq etməliyik”, – deyə Mütəhhəri bildirib.

Onun bu açıqlaması İranda qadınların geyimi və hicab qaydaları ətrafında davam edən ictimai-siyasi müzakirələrin yenidən gündəmə gəldiyini göstərir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki