image-1backend

Bələdiyyə sədri rüşvətə görə HƏBS EDİLDİ

image-ads-728x90

İstanbulun Üsküdar şəhərinin həbsdə olan bələdiyyə başçısı Sinem Dedetaş və daha 5 nəfər məhkəməyə çıxarılıb.

Korrekt.az xəbər verir ki, Türkiyənin T24 saytının məlumatına görə, bir gün əvvəl həbs edilən müxalif Üsküdar meri və bəzi vəzifəli şəxslər rüşvət müqabilində icazə verməkdə ittiham olunurlar.

İttihamın əsaslarından biri podratçılardan birinin merlə əlaqədə olan şəxsə şokolad qutusunda 300.000 dollar rüşvət verdiyini etiraf etməsidir.

Müxalifət nümayəndələri ittihama inanmır və hakimiyyətin müxalifət merlərinə siyasi repressiyalar tətbiq etdiyini iddia edirlər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki