image-1backend

Bəşər Əsəd qiyabi olaraq edam cəzasına məhkum edilib

image-ads-728x90

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd, qardaşı Mahir Əsəd və əmisi oğlu Atif Nəcib Dəməşq məhkəməsinin qərarı ilə qiyabi olaraq edam cəzasına məhkum ediliblər.

Korrekt.az xəbər verir ki, Suriyanın dövlət xəbər agentliyi SANA-nın məlumatına görə, məhkəmə onları və iş üzrə digər şəxsləri Suriya xalqına qarşı ağır cinayətlər törətməkdə təqsirli bilib.

Məhkəmənin qərarında bildirilib ki, Bəşər Əsədin bu cinayətlərdəki rolu onun ölkədə ən yüksək səviyyədə qərar qəbul edən şəxs olması və dövlət aparatından həmin məqsədlər üçün istifadə etməsi ilə əlaqələndirilir.

Məhkəmə daha əvvəl Əsəd rejiminin yüksək vəzifəli şəxsləri, o cümlədən Bəşər və Mahir Əsədin məhkəmə prosesində iştirak etmədiyini və onların işə qiyabi baxıldığını təsdiqləyib.

Qeyd edək ki, Bəşər Əsəd 2024-cü ilin dekabrında hakimiyyətdən devrildikdən sonra Rusiyaya sığınıb. Hazırda onun Rusiyada olduğu bildirilir.

Məhkəmə Əsəd rejiminin rəsmilərinə qarşı irəli sürülən ittihamları müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər kimi qiymətləndirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki