image-1backend

Beynəlxalq sertifikat alan gənc aşpazlar: “Bu bizə xaricdə işləmək imkanı yaradır”

image-ads-728x90

“Aşpazlıq” ixtisası üzrə peşə təhsili alan bir qrup  gənc “City&Guilds Səviyyə 2” beynəlxalq dərəcəli sertifikat alıb. Bu münasibətlə keçirilən görüşdə srtifikatları gənclərə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı təqdim edib.

“Azərbaycan müəlimi” proqramı uğurla başa vuran məzunlarla görüşdə iştirak edib.

“Uğurla rəqabət aparmaq, habelə daha yüksək başlanğıc əməkhaqqı ilə karyeraya başlamaq imkanı qazanırlar”

Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsilində beynəlxalq standartların tətbiqinin gənclərin qlobal əmək bazarında rəqabətqabiliyyətliliyini artırdığını vurğulayıb. O qeyd edıib ki, bu uğurlu təcrübə tək aşpazlıq sahəsi ilə məhdudlaşmır. Ölkənin aparıcı tərəfdaş qurumları ilə işbirliyi çərçivəsində reallaşdırılan və ümumilikdə 7 ixtisası əhatə edən bu beynəlxalq proqramlar şəbəkəsi peşə təhsilinin ümumi inkişafına güclü təkan verir:

“Sənaye, İKT, dizayn, mühasibatlıq və kulinariya sahələrini əhatə edən bu təşəbbüslər peşə təhsilinin nüfuzunu artırır, daxili əmək bazarı ilə yanaşı, xarici şirkətlərdə, beynəlxalq layihələrdə və distant iş platformalarında uğurla rəqabət aparmaq, habelə daha yüksək əməkhaqqı ilə karyeraya başlamaq imkanı qazanırlar”.

İlqar Bayramlı qeyd edib ki, CASA Kulinariya Mərkəzi ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında Əməkdaşlıq Memorandumu çərçivəsində qida hazırlığı və kulinariya sənəti üzrə beynəlxalq layihə yekunlaşıb: “Proqram çox uğurla həyata keçirildi. Proqram iştirakçıları həm nəzəri, həm praktiki bilik və bacarıqlar əldə etdilər, CASA Kulinariya Mərkəzinin təlimçi şefi Aditya Coşadan aşpazlığın sirlərini, müəllimlərimizdən baza modullar öyrəndilər. Hər iki istiqamətdə tədris yüksək səviyyədə təşkil edildi. Tələbələrimiz böyük əzmkarlıq nümayiş etdirdilər. Yaxşı nəticədir ki, 10 tələbəmizin 9-u  sertifikat aldı. Bu da 90 faiz göstərici deməkdir”.

Direktor əlavə edib ki, tələbələr “İtaa”Cit & Guilds Səviyyə 2″ beynəlxalq dərəcəli sertifikatlardan əlavə hər modul üzrə uğurlu nəticə göstərən məzunlara da ayrılıqda sertifikatlar təqdim edilib”.

Hindistanlı şef Aditya Coşi azərbaycanl tələbəIərdən razıdır: “1 il 3 ay ərzində tələbələrlə hər gün görüşürdük. Həm nəzəri, həm praktiki dərslər olub. Azərbaycanı təmiz, səliqəli ölkə kimi xatırlayacağam”.

“Tələbələrin hansı yeməyini xatırlayacaq”, – deyə soruşuruq. Amma o, yeməkdən daha çox azərbaycanlı gənclərin bacarıqlarını xatırlayacağını qeyd edir.

Murad Rəhmanov deyir ki, ötən 1 il çətin keçsə də, dünya mətbəxini öyrənib: “Başlanğıc yeməklər, qəlyanaltılar, əsas yeməklərin bir çox çeşidini öyrəndik”.

Murad Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Yağ emalı” ixtisası üzrə 3 illik təhsil alıb: “Həvəsim çox idi aşpazlığa. Mətbəxdə 6 illik iş təcrübəm də var”.

Sertifikat onun üçün böyük uğura gedən yolun başlanğıcıdır.

Toğrul Bağırov deyir ki, çox maraqlı keçən 1 ildə hər şey öyrənib. Çox həvəslidir. Aşpazlıq üzrə beynəlxalq yarışlara qatılıb və Fransada, Dubayda bir neçə nominasiya üzrə qalib olub: “Qida təhlükəsizliyini yaxşı bilirəm. Hər şey bişirə bilirəm. Evdə sifariş də qəbul edirəm”.

Fidan Məmmədova isə deyir ki, ən böyük təşəkkürü bu mərhələdə ona kömək edənlərədir. Çünki o böyük çətinliklərlə üzləşib, sertifikatının asan başa gəlmədiyini vurğulayan proqram məzunu deyir ki, deyilənləri mənimsəməklə bağlı problemlər yaşayıb. Amma indi hər şey qaydasındadır:

“Peşəni valideynlərimin sayəsində öyrəndim. Bu gün qazandığım sertifikat mənə imkan verəcək ki, hətta xaricdə belə işləyim”.

Firəngiz İbrahimova əvvəlcə “Qənnadıçı-şirniyyatçı” sonra “Aşpazlıq” üzrə təhsil alıb. Fikirləşir ki, indiyədək heç iş təklifi almasa da, bundan sonra belə təkliflərinin ardı-arası kəsilməyəcək.

Fidan Əhmədli isə əvvəlcə “Qənnadıçı-şirniyyatçı”, sonra “Aşpazlıq” üzrə təhsil alıb. Şirniyyatı özü də sevir, qoğal bişirməyi isə daha çox xoşlayır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki