image-img-20260723-wa0136backend

Birinci Qarabağ müharibəsi şəhidi Əfrasiyab Qasımovun anadan olmasının 70-ci ildönümü qeyd olunub

image-ads-728x90

Bu gün 23 iyul 1956-cı ildə Ağstafa rayonunun Ermənistanla həmsərhəd Köhnəqışlaq kəndində dünyaya göz açan 1-ci Qarabağ müharibəsi şəhidimiz Qasımov Əfrasiyab Əli oğlunun anadan olmasının 70-ci ildönümüdür. Şəhidimizin anım günü ilə əlaqədar doğma evində keçirilən mərasimdə, o cümlədən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, məsul şəxslər iştirak ediblər.

Anım mərasimində şəhidimizin ömür-gün yoldaşı Güllü ana, oğlanları, Rəşad və Elşən Qasımovlar qəhrəman atalarının keçdiyi şərəfli ömür və döyüş yollarından dəyərli xatirələrini bölüşüb, dövlətimizin şəhidlərimizin ailə üzvlərinə, qazilərimizə, müharibə iştirakçılarına göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Həmçinin ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını fəda edən bütün Vətən övladlarının ruhlarına dualar oxunub. Qeyd olunub ki, 1992-ci ilin 23 iyulunda doğma kəndində gedən şiddətli döyüşlər zamanı Azərbaycan Ordusunun sıralarında Əfrasiyab Qasımovun 36 yaşında şəhid olaraq yazdığı qəhrəmanlıq, vətənpərvərlik dastanı bugünkü və gələcək nəsillər üçün Vətənə, torpağa olan əsl məhəbbət, sədaqət nümunəsidir.
Xalqımızın qəlbində daim qürur hissi ilə yaşayacaq qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyir, onlardan bizə yadigar qalan doğmalarına uzun və xoşbəxt ömür arzu edirik!

image-img-20260723-wa0136image-img-20260723-wa0132image-img-20260723-wa0135image-img-20260723-wa0134image-img-20260723-wa0133



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki