Birol Akgün Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Dərnəyini ziyarət edib
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Səfirliyin Ticarət Attaşeləri Murat Yaman və Nevzat Bozkurt ilə birlikdə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Dərnəyini (TÜİB) ziyarət edib və TÜİB-in qarşıdakı dövr üçün fəaliyyəti barədə prezident Hüseyn Büyükfırat və baş katib Nedim Kayadan məlumat alıb.
Qeyd edək ki, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) Türkiyə və Azərbaycan arasında iqtisadi, ticari və sosial əlaqələri gücləndirən, Bakıda fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. Birliyin məqsədi iki ölkə arasında işgüzar əlaqələri inkişaf etdirmək, yeni investisiyaları dəstəkləmək və sahibkarlar arasında dialoq qurmaqdan ibarətdir.




.jpg)

















