image-img-20260910-wa0050backend

Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib – FOTOLAR 

image-ads-728x90

Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri üçün Lənkəran şəhərinə mediatur təşkil olunub.

Mediaturun əsas məqsədi Lənkəranın müxtəlif turizm imkanlarının, təbii və mədəni irsinin, yerli turizm məhsullarının və qonaqpərvərlik ənənələrinin nümayiş etdirilməsi, turizm əhəmiyyətli məkanlarının geniş auditoriyaya tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsi olub.

Səfər zamanı media nümayəndələri Mir Əhməd xanın tarixi evində fəaliyyət göstərən Lənkəran Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edərək şəhərin tarixi və mədəni irsi barədə məlumat əldə ediblər.

Daha sonra Hirkan Milli Parkı və Xanbulan gölü ziyarət olunub, Lənkəranın təbii turizm imkanları barədə məlumat verilib. Proqram çərçivəsində çayçılıq və çay istehsalı prosesi təqdim olunub, eləcə də Arıçılıq Muzeyində apiterapiyanın tətbiqi imkanları barədə məlumat verilib.

Səfər müddətində media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

image-img-20260910-wa0056 image-img-20260910-wa0054 image-img-20260910-wa0053 image-img-20260910-wa0051 image-img-20260910-wa0052 image-img-20260910-wa0050 image-img-20260910-wa0049 image-img-20260910-wa0048



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki