image-almanya-da-otomotiv-sektorundeki-kriz-bmw-yi-de-20097630_3186_ampbackend

BMW zavodu bağlanır? Kütləvi ixtisarlar BAŞLADI

image-ads-728x90

Almaniyanın aparıcı avtomobil istehsalçılarından olan BMW qlobal miqyasda, əsasən də Almaniyadakı müəssisələrində çalışan təxminən 8 min əməkdaşını ixtisar etməyə hazırlaşır. Şirkətin bu addımı ölkənin avtomobil sənayesində dərinləşən böhranın növbəti göstəricisi kimi qiymətləndirilir.

Korrekt.az xəbər verir ki, Almaniya mediasının yaydığı məlumata görə, əvvəllər Volkswagen, Mercedes-Benz, Audi və Porsche şirkətlərinə təsir göstərən böhran artıq BMW-ni də əhatə edib. Şirkət xərclərin azaldılması məqsədilə genişmiqyaslı optimallaşdırma proqramına başlayacaq.
Bildirilir ki, ixtisarlar əsasən təqaüdə çıxan əməkdaşların yerinə yeni işçilərin götürülməməsi, müddəti başa çatan müqavilələrin uzadılmaması və könüllü işdən ayrılma proqramları vasitəsilə həyata keçiriləcək. Prosesin 2026-cı ilin oktyabr ayında başlaması və 2027-ci ilin sonunadək davam etməsi planlaşdırılır.
İxtisarların əsasən elmi-tədqiqat və inkişaf (R&D), planlaşdırma və digər korporativ bölmələrdə çalışan əməkdaşları əhatə edəcəyi, istehsalat müəssisələrində çalışan işçilərə isə şamil olunmayacağı bildirilir.
Şirkətin Münhendə yerləşən baş qərargahının da bu prosesdən ciddi şəkildə təsirlənəcəyi gözlənilir. Rəhbərlik və innovasiya mərkəzinin əməkdaşlarının əhəmiyyətli hissəsinin optimallaşdırma proqramına daxil ediləcəyi qeyd olunur.
BMW işdən çıxarılan əməkdaşlara ödəniləcək kompensasiyalar üçün bu il milyonlarla avroluq büdcə ayırmağı planlaşdırır. Təzminatın məbləği əməkdaşların gəliri və şirkətdəki iş stajından asılı olaraq müəyyən ediləcək.
Ekspertlər bildirirlər ki, BMW-nin bu qərarı digər Alman avtomobil istehsalçıları kimi, Çin bazarında tələbatın kəskin azalması, Yaxın Şərqdəki münaqişələrin iqtisadi təsirləri və ABŞ-ın tətbiq etdiyi gömrük rüsumları nəticəsində yaranan maliyyə təzyiqləri ilə əlaqədardır.
Hazırda BMW-nin dünya üzrə 154 mindən çox əməkdaşı var. Onlardan 87 mindən çoxu Almaniyada çalışır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki