image-1backend

Böyrək dərmanı ürək çatışmazlığı riskini 24 faiz azaltdı – Araşdırma

image-ads-728x90

Alimlər finerenon preparatının təkcə böyrək xəstəliklərində deyil, ürək-damar risklərinin azaldılmasında da effektiv olduğunu aşkar ediblər.

Korrekt.az xəbər verir ki, araşdırmalara görə, indiyədək yalnız diabetli xəstələrdə xroniki böyrək xəstəliyinin müalicəsi üçün təsdiqlənmiş finerenon daha geniş pasiyent qruplarında da müsbət nəticələr göstərib.

24 ölkədən 1584 xəstə üzərində aparılan tədqiqatda preparatın böyrək funksiyasının zəifləməsini yavaşlatdığı, böyrək, ürək çatışmazlığı və ürək-damar ölümü riskini isə 23 faiz azaltdığı müəyyən edilib.

Mütəxəssislər bildirir ki, finerenonun diabetdən kənar xəstələr üçün də rəsmi təsdiqi yaxın illərdə mümkündür. Bu isə yüz milyonlarla insanın müalicəsində yeni mərhələ yarada bilər.

Qeyd edək ki, araşdırma “The Lancet” jurnalında dərc edilib.Publika.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki