image-1backend

Bred Pittdən sarsıdıcı etiraf: “Özümü öldürmək istəyirdim”

image-ads-728x90

Hollivud ulduzu Bred Pitt həyatının ən ağır dövrlərindən biri barədə danışıb.

Korrekt.az xəbər verir ki, 62 yaşlı aktyor “Esquire” jurnalına müsahibəsində Angelina Coli ilə ayrılıqdan və ailə münasibətlərində yaşadığı çətinliklərdən sonra ciddi emosional böhran keçirdiyini açıqlayıb. Pitt həmin dövrdə özünə qəsd barədə düşüncələrin yarandığını və çox ağır psixoloji vəziyyət yaşadığını bildirib.

Aktyor qeyd edib ki, heç vaxt bu düşüncələri həyata keçirmək niyyətində olmayıb. Onun sözlərinə görə, güclü yaşamaq instinkti və zamanla yaranan daxili müqavimət ona bu çətin dövrü geridə qoymağa kömək edib.

Pitt müsahibəsində anasını da xatırlayıb. Onun sözlərinə görə, anası Ceyn bir il əvvəl, 84 yaşında vəfat edib və bu itki onun həyatında dərin boşluq yaradıb.

Aktyor eyni zamanda alkoqoldan uzaq qalmaqla bağlı etirafı ilə də diqqət çəkib. Pitt yeddi il ərzində ayıq qaldıqdan sonra yenidən içki qəbul etməyə başladığını bildirib. O, hazırda bunu daha məhdud şəkildə etdiyini və böyük miqdarda alkoqol qəbul etməyin onun üçün uyğun olmadığını vurğulayıb. Pitt əvvəllər ayıqlıq dövründə ona aktyor Bredli Kuperin dəstək olduğunu söyləmişdi.

Şəxsi həyatındakı çətinliklərə baxmayaraq, Bred Pitt aktyorluq fəaliyyətini davam etdirir. Aktyor hazırda zərgərlik dizayneri İnes de Ramonla münasibətdədir.

Pittin “Esquire” müsahibəsi onun həm ailə münasibətləri, həm psixoloji sarsıntıları, həm də alkoqolla bağlı mübarizəsi barədə indiyədək verdiyi ən açıq açıqlamalardan biri kimi qiymətləndirilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki