image-t9jajesnz6tybk8zbackend

Bu Avropa ölkəsində qırmızı alarm: Ölkədə 450-yə yaxın  terrorçu qeydiyyata alınıb

image-ads-728x90

Almaniyada təxminən 450 nəfər islamçı “təhlükəli şəxslər” hesab olunur və xüsusi xidmət orqanları onların arasında terror aktları da daxil olmaqla, siyasi motivli ciddi cinayətlərin törədilməsi ehtimalını istisna etmir. Bild yazır ki, bu cür məlumatlar Bundestaqın 2025-ci ilin sentyabr ayına olan materiallarında təqdim olunub.

Korrekt.az xəbər verir ki, ümumilikdə, Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarə ölkədə zorakılıqla məşğul olan təxminən 9100 islamçını qeydiyyata alır: onlar ya artıq zorakılıqdan istifadə ediblər, ya da istifadə etməyə hazırdırlar, ya da açıq şəkildə zorakılığı dəstəkləyirlər. Xüsusi xidmətin ötən il islamçı kimi təsnif etdiyi insanların ümumi sayı 28645 nəfər olub.

Xüsusilə də Berlində belə insanların çoxu yaşayır. Orada qeydiyyatdan keçmiş təxminən 2600 islamçı var, onlardan 900-dən çoxu zorakı hesab olunur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki