image-1backend

Bu məhsul marketlərdən yığışdırılır – Ermənistanın imiş…

image-ads-728x90

Rusiya səhiyyə standartlarına uyğun olmayan pozuntular aşkar edildiyi səbəbilə Ermənistan mənşəli “Jermuk” markalı milyonlarla şüşə mineral suyun satışını dayandırıb. Qərar ölkədə geniş rezonans doğurub.

Korrekt.az  xəbər verir ki, Rusiya Federal İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Sağlamlığı Qurumu (Rospotrebnadzor) “Jermuk” markalı mineral sularda normativ tələblərə zidd halların aşkar edildiyini açıqlayıb. Bunun ardından məhsulların satışdan çıxarılması ilə bağlı göstəriş verilib.

Qurumun açıqlamasında bildirilib ki, “Jermuk” tərəfindən istehsal olunan ümumilikdə 64,5 milyon şüşə mineral suyun Rusiya üzrə satışının dayandırılması üçün aidiyyəti qurumlara tapşırıq göndərilib.

Qərarın yalnız müəyyən partiyaları deyil, çox böyük həcmdə məhsulu əhatə etdiyi qeyd olunur. Bu isə son illərin ən böyük mineral su toplatma əməliyyatlarından biri kimi qiymətləndirilir.

Xəbərdə qeyd olunur ki, Moskva son həftələrdə Ermənistandan idxal olunan müxtəlif məhsullara qarşı məhdudiyyətləri genişləndirib. Rusiya 22 may tarixində çiçək idxalına, 28 mayda isə meyvə-tərəvəz məhsullarına müvəqqəti məhdudiyyət tətbiq etmişdi.

Bunun fonunda iki ölkə arasında son dövrlərdə artan diplomatik gərginlik və qarşılıqlı ittihamlar da diqqət çəkir.

Xatırladaq ki, daha əvvəl dünyaca məşhur Fransız mineral su markası “Perrier” də məhsullarında nəcis mənşəli bakteriyaların aşkar olunması səbəbilə milyonlarla şüşəni bazardan toplamaq və məhv etmək məcburiyyətində qalmışdı. Həmin hadisədən sonra marka və istehsalçısı olan Nestlé şirkəti ilə bağlı araşdırmalar başladılmışdı.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki