image-1backend

Bu məşhur müğənni Rasim Balayevin QOHUMU İMİŞ… – FOTO

image-ads-728x90

Müğənni Aynur Dadaşova açıqlaması ilə diqqət çəkib.

Korrekt.az xəbər verir ki, o, verdiyi müsahibədə mərhum Xalq artisti, tanınmış aktyor Rasim Balayev ilə qohumluq əlaqəsinin olduğunu açıqlayıb. O bildirib ki, bu fakt onun üçün böyük qürur mənbəyidir:

“Çox xoşbəxtəm ki, Rasim Balayev kimi sənətkar mənim qohumumdur. Ailələrimiz arasında qız alıb-vermə də olub”.

Aynur Dadaşova əlavə edib ki, digər məşhur sənətkar Lütfiyar İmanov da ailə yaxınları sırasına daxildir: “Lütfiyar İmanov mənim xalamın qayınatası olub”.

Müğənni uzun illər sənətdə fəaliyyət göstərməsinə baxmayaraq, böyük sənətkarların yanında hər zaman həyəcan keçirdiyini də etiraf edib: “37 ildir bu sənətdəyəm, amma yaşlansam da, sənətkarların yanında həmişə çəkindim, məsuliyyət və həyəcan hiss etdim”.

Onun bu etirafı sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.(Milli.Az)



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki