image-9jlymddwmzzn3oez-1backend

Bu ölkə ABŞ rəsmilərini prezident seçkilərinə BURAXMADI

image-ads-728x90

Korrekt.az xəbər verir ki, Braziliya hökuməti ölkədə keçiriləcək prezident seçkilərinə təsir göstərmək cəhdləri ilə bağlı iddialar fonunda ABŞ administrasiyasının iki yüksəkvəzifəli rəsmisinin viza müraciətini rədd edib.

Reuters agentliyinin vəziyyətdən xəbərdar olan iki braziliyalı məmura istinadən yaydığı məlumata görə, rəsmi Braziliya ABŞ nümayəndələrinin ölkənin seçki sisteminin etibarlılığına şübhə yaratmaq məqsədilə səfər planlaşdırdıqlarını hesab edib.

Mənbələrin sözlərinə görə, Vaşinqtonun bu addımı oktyabr ayında keçiriləcək Braziliya prezident seçkilərinə təsir göstərmək cəhdi kimi qiymətləndirilib. Həmin seçkilərdə hazırkı prezident Luiz İnasio Lula da Silvanın ABŞ Prezidenti Donald Trampın müttəfiqi hesab olunan senator Flavio Bolsonaro ilə mübarizə aparacağı gözlənilir.

Məlumata əsasən, Braziliya ABŞ Dövlət Katibinin köməkçisi Rayli M. Barns və Dövlət Katibinin köməkçisinin müavini Samuel Samsonun daxil olduğu nümayəndə heyətinin viza müraciətlərini rədd edib.
Reuters qeyd edir ki, bu hadisə Donald Tramp administrasiyasının Latın Amerikasında siyasi proseslərə təsir göstərməyə çalışdığı barədə iddiaların səsləndiyi bir dövrə təsadüf edir.

Agentliyin məlumatına görə, Tramp administrasiyası Kolumbiyanın yeni seçilmiş prezidenti Abelardo De La Esperilyaya açıq dəstək ifadə edib. Bu, Trampın əvvəllər Argentinada Xavyer Miley və Çilidə Xose Antonio Kast kimi sağçı siyasətçilərə verdiyi dəstəklə eyni siyasi xəttin davamı kimi qiymətləndirilir.

Braziliya və ABŞ rəsmiləri məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki