image-1backend

Bu ölkədə 16 yaşdan kiçik uşaqlar üçün sosial media qadağan EDİLDİ  

image-ads-728x90

Vyetnamda 16 yaşdan kiçik uşaqların sosial media platformalarından istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi parlamentin müzakirəsinə təqdim edilib.

Korrekt.az xəbər verir ki, yerli KİV-in yaydığı məlumata görə, qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi və onlayn mühitdə qorunmasını hədəfləyir.

Sənədə əsasən, 16 yaşdan kiçik şəxslər valideynlərinin və ya qanuni qəyyumlarının razılığı olmadan sosial şəbəkələrdə məzmun paylaşa, paylaşımlara şərh yaza və ya onlara reaksiya verə bilməyəcəklər.

Layihədə həmçinin sosial media hesablarının Vyetnamda qeydiyyatdan keçmiş mobil telefon nömrəsi ilə təsdiqlənməsi nəzərdə tutulur. Uşaqların sosial şəbəkələrdəki fəaliyyəti ilə bağlı məsuliyyət isə onların valideynləri və ya qanuni qəyyumlarının üzərinə düşəcək.

Bundan başqa, qanun layihəsi sosial media platformalarına da yeni öhdəliklər qoyur. Belə ki, şirkətlərdən zərərli məzmunu aşkar etmək, izləmək və yetkinlik yaşına çatmayan istifadəçilərin həmin məzmuna çıxışının qarşısını almaq tələb olunacaq.

Qeyd edək ki, son illərdə bir sıra ölkələr uşaqların sosial mediadan istifadəsi ilə bağlı qaydaları sərtləşdirir. Məsələn, Fransa 15 yaşdan kiçik uşaqların sosial media hesabı açmasını valideyn razılığı ilə məhdudlaşdıran qanun qəbul edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki