image-1backend

Bu ölkədə güclü zəlzələ oldu

image-ads-728x90

Çilinin şimalında 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Korrekt.az xəbər verir ki, bu barədə Çili Universitetinin Milli Seysmoloji Mərkəzi (CSN) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri San Pedro de Atakama şəhərindən 77 kilometr cənub-qərbdə yerləşib.

Zəlzələnin ocağı isə 114 kilometr dərinlikdə qeydə alınıb.

Hazırda təbii fəlakət nəticəsində ölən, xəsarət alan və ya dağıntılarla bağlı hər hansı rəsmi məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl Yeni Zelandiyanın Şimal adasında 5,7 bal, ABŞ-ın Texas ştatında isə 5,0 bal gücündə zəlzələlər qeydə alınmışdı.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki