image-1backend

Bu şəxs dünyanın ən çox maaş alan məşqçisi OLDU

image-ads-728x90

Korrekt.az xəbər verir ki, Braziliya Futbol Konfederasiyası Karlo Ançelotti ilə yeni müqavilə imzalamağa hazırlaşır və bu, onu dünyanın ən çox maaş alan milli komanda məşqçisi edəcək. Beynəlxalq idman mediasının məlumatına görə, onun illik maaşı 40 milyon avro olacaq.

Hazırkı müqavilədə komandanın bu ilki Dünya Kubokunu qazanacağı təqdirdə 5 milyon avro bonus da nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, Ançelotti 25 maydan bəri Braziliya milli komandasını çalışdırır. O, həmçinin “Milan”, “Real Madrid”, “Yuventus”, “Pari Sen-Jermen”, “Bavariya”, “Everton” və “Napoli” klublarını da çalışdırıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki