image-1backend

Bu şəxsə yüksək vəzifə verildi – DOSYE

image-ads-728x90

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoruna yeni müşavir təyin olunub.

Bu barədə ali məktəbin rektoru Nurəli Yusifbəyli əmr imzalayıb.

Əmrə əsasən, Cəfər Əsədov SDU-u rektorunun maliyyə və təsərrüfat məsələləri üzrə müşaviri vəzifəsinə gətirilib.

Qeyd edək ki, Cəfər Xanış oğlu Əsədov 18 yanvar 1968-ci ildə Ermənistan Respublikasının Sisian rayonunda anadan olub. O, 1985-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsinə daxil olub. 1992-ci ildə həmin ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə başa vurub.

Cəfər Əsədov 1990-1993-cü illərdə Xətai rayon Ticarət İdarəsində iqtisadçı, mühasib və baş mühasib vəzifələrində çalışıb. 1993-1997-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində aparıcı mühasib, bölmə və şöbə müdiri, aparıcı müfəttiş kimi məsul vəzifələrdə fəaliyyət göstərib.

1997–2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Vergi Müfəttişliyində (sonradan Vergilər Nazirliyi) şöbə müdiri, rəis müavini və rəis vəzifələrini icra edib. Maliyyə və vergi sistemində qazandığı zəngin təcrübəni sonrakı illərdə bank sektorunda davam etdirən Cəfər Əsədov 2001-ci ildən 3 aprel 2026-cı il tarixinədək ABB ASC-də filial müdirinin müavini və filial müdiri vəzifələrində çalışıb. O, International Financial Training Academy tərəfindən təşkil olunan təlim proqramını uğurla başa vuraraq sertifikata layiq görülüb.

Cəfər Əsədov Yeni Azərbaycan Partiyasının üzvüdür./yenisabah/



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki