Sosial mediada açdığı canlı yayımda Sedat Peker (Türkiyənin tanınmış mafiya liderlərindən biri red.) və ailəsinə ağır təhqirlər yağdıran Musa D. Şanlıurfadakı evində silahlı basqın nəticəsində ağır yaralanıb.
Korrekt.az xəbər verir ki, xəstəxanada ölüm-dirim mübarizəsi aparan şəxsin vurulması xəbərini sosial şəbəkə hesabında bəyənərək “story” bölməsində paylaşan Sedat Pekerin bu addımı geniş müzakirələrə səbəb olub.
Məlumata görə, sosial media platformalarında açdığı canlı yayımda Sedat Peker və ailəsini təhqir edən Musa D. adlı şəxs hələ ki şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslər tərəfindən güllələnib.
Şanlıurfadakı evində baş verən silahlı hücum zamanı onun bədəninin müxtəlif nahiyələrinə güllələr dəyib.
Daxil olan zəng əsasında əraziyə polis və təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə yerində edilən ilk tibbi müdaxilədən sonra xəstəxanaya çatdırılan Musa D.-nin həyati təhlükəsinin olduğu və səhhətinin kritik olaraq qaldığı bildirilir. Polis əməkdaşları hücumu həyata keçirən şübhəli və ya şübhəlilərin yaxalanması üçün genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinə başlayıb.Musavat.com





















