image-1backend

Çində dünyanın ilk “robot 6S” mərkəzi fəaliyyətə başlayıb -FOTOLAR

image-ads-728x90

Çinin Quanqdonq əyalətinin Şençjen şəhərində dünyanın ilk “robot 6S” mərkəzi açılıb.

Mərkəz avtomobil sənayesində istifadə olunan 4S dilerlik modelinin robototexnika sahəsinə uyğunlaşdırılması əsasında yaradılıb. Burada robotların satışı, icarəsi, fərdiləşdirilməsi və satışdan sonrakı texniki xidmətləri vahid məkanda təqdim olunur.

Yeni mərkəzdə müxtəlif növ robot texnologiyaları nümayiş etdirilir. Ziyarətçilər humanoid robotların piano ifasını və rəqs şoularını izləyə, həmçinin robot itlər və digər xidmət robotları ilə yaxından tanış ola bilərlər.

Layihənin əsas məqsədi robot texnologiyalarının gündəlik həyata daha geniş inteqrasiyasını təmin etmək, həmçinin istehlakçılara robot məhsullarını sınaqdan keçirmək və fərdi ehtiyaclarına uyğun həllər seçmək imkanı yaratmaqdır.

Şençjen Çinin texnologiya və innovasiya mərkəzlərindən biri hesab olunur və robototexnika sahəsində aparıcı şəhərlərdən biri kimi inkişaf edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki