Çinin “Chengdu J-10C” çoxməqsədli qırıcıları Özbəkistan Hərbi Hava Qüvvələrinin tərkibində döyüş növbətçiliyinə başlayıb.
Korrekt.az xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.
“Müasir qırıcılar ölkəmizin hava məkanının keşiyindədir”, – qurumun məlumatında bildirilir.
“Chengdu J-10C” Çinin “Chengdu Aircraft Industry Group” şirkəti tərəfindən hazırlanmış dördüncü nəsil çoxməqsədli qırıcıdır.





















